“Teatrların fəaliyyəti Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarından asılı olaraq dəyişə bilər”.
Bu barədə Mədəniyyət Nazirliyindən APA-nın sorğusuna cavab olaraq bildirilib.
Məlumatda deyilir ki, hazırkı vəziyyətdə teatrların yeni teatr mövsümündə öz fəaliyyətini sosial şəbəkələr üzərindən virtual olaraq davam etdirməsi planlaşdırılır.