Bakını belə görmədiniz - Video

Bakını belə görmədiniz - Video
13 may 2020
# 12:55

Kinematoqrafçılar İttifaqının youtube kanalında kinorejissor Rasim İsmayılovun 1964-cü ilin Bakısını əks etdirən unikal bir filmi yerləşdirilib.

Kulis.az xəbər verir ki, 16 dəqiqəlik qısa filmdə Bakının küçələri, prospektləri, bulvar, Xəzər dənizi, tələsən adamlar, funklyor və digər yerlər göstərilir.

Xatırladaq ki, Rasim İsmayılovun “Asif, Vasif, Ağasif”, “Anın quruluşu”, “İşgüzar səfər”, “Sizi dünyalar qədər sevirdim”, “Alman klinikasına şəxsi səfər”, “Tələ” kimi ekran əsərləri var.

# 2412 dəfə oxunub

Müəllifin son yazıları

# # #