Qodar kinodan gedir

Qodar kinodan gedir
5 mart 2021
# 14:40

Fransız rejissoru və ssenaristi Jan Lyuk Qodar film sahəsindən ayrılmaq barədə qərarını açıqlayıb.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, Qodar Keral ştatında keçirilən beynəlxalq festivalının nümayəndələri ilə görüş zamanı iki yeni film üzərində işlərini bitirdikdən sonra kino dünyasını tərk etməyi planlaşdırdığını deyib.

İki ssenarim var, onları bitirən kimi kino həyatımı film yaradıcısı kimi başa çatdırıb deyəcəm: “Əlvida kino”

Xatırladaq ki, Jan Lyuk Qodarın ilk filmi 1959-cu ildə ekrana çıxıb.

O, 70-dən çox filmin rejissoru olub.

# 2224 dəfə oxunub

Müəllifin son yazıları

# # #