“Avengers: Doomsday” filminin son treyleri ilk 24 saat ərzində 563 milyon baxış toplayaraq bütün zamanların ən çox izlənilən ikinci, “Disney” tarixinin isə ən çox baxılan treyleri olub.
Kulis.az xəbər verir ki, treyler ilk təqdimat çarxının 503 milyonluq nəticəsini geridə qoyub və 718,6 milyon baxışla ilk sırada qərarlaşan "Spider-Man: Brand New Day" treylerindən sonra ikinci yerdə qərarlaşıb.
18 dekabrda ekranlara çıxacaq film 28 oktyabrda 86 yaşında vəfat edən Patrik Stüartın "Professor X" rolundakı doqquzuncu və son ekran çıxışı kimi yadda qalacaq.
Rejissor Entoni Russo və “Marvel Studios” rəhbəri Kevin Fayqi Stüartın səhhətindəki ciddi çətinliklərə baxmayaraq çəkiliş meydançasında böyük səylə çalışdığını, son çəkiliş günündə ayağa qalxaraq komandada çıxış etdiyini bildiriblər.
Qeyd edək ki, 2000-ci ildə "X-Men" ilə başladığı bu obrazı illər boyu müxtəlif filmlərdə canlandıran aktyorun xatirəsinin filmdə ehtiramla yad edilməsi planlaşdırılır.