IV Animafilm Festivalı davam edir.
Azərbaycan Kinematoqrafçılar İttifaqından Kulis.aza verilən xəbərə görə, festivalın "Qızıl qayıq" mükafatı “Azərbaycan animasiyasına verdiyi töhfəyə görə” operator Ramiz Ağayevə verilib.
Mükafatın təqdimetmə mərasimi bu gün Kino Evində keçirilib.
Xatırladaq ki, birinci festivalın “Qızıl qayıq” mükafatı rejissor Məsud Pənahiyə, ikincisi rejissor Firəngiz Qurbanova və animasiya rejissoru Elçin Hami Axundova, üçüncüsü isə rejissor Hafiz Əkbərova verilmişdi.