Məşhur rejissorlardan "Oskar"a etiraz

Məşhur rejissorlardan "Oskar"a etiraz
14 sentyabr 2020
# 13:50

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, ötən həftə "Ən yaxşı film" nominasiyasında "Oskar" mükafatı qazanmaq istəyən rejissorlar üçün 2024-cü ildən etibarən yeni qaydaların tətbiq olunmasına məşhur rus rejssorları Andrey Konçalovski, Aleksandr Sokurov, Andrey Zvyagintsev etiraz edərək münasibət bildiriblər.

Kinorejissor Aleksandr Sokurov "Oskar" namizədləri üçün yeni tələblərin kinematoqrafiyaya aid olmadığını söyləyib. Sokurov irqi, etnik və cinsi azlıqların nümayəndələri ilə əlaqədar yenilikləri absurd mexaniz hesab edərək deyib: "Bu, sosial-siyasi dəlilik mərhələsidir" .

Rejissor Andrey Konçalovski də "Oskar" üçün film namizədliyinin yeni qaydalarından bəhs edib. Konçalovski Amerika Film Akademiyasının yeni standartları ilə maraqlanmadığını dilə gətirib: "Bu barədə ideoloqlar düşünsün, mənim vecimə deyil". O, bu mövzuda əvvəllər də düşündüyünü indi isə buna məhəl qoymamağa çalışdığını da əlavə edib.

Rus rejissoru Andrey Zvyagintsev "Oskar"ın yeni qaydalarının sənət prinsiplərinə zidd olduğunu hesab edib: "Film tolerantlıq kataloqu deyil, sənət əsəri olmalıdır. Həqiqi müəlliflər mənimlə razılaşacaqlar, çünki filmlərin mükafatlar üçün deyil, həqiqət üçün çəkildiyini bilirlər".

# 1912 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #