Elçin Hüseynbəylinin romanı rus dilində nəşr olunub

Elçin Hüseynbəylinin romanı rus dilində nəşr olunub
15 iyul 2013
# 11:13

“Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəylinin “On üçüncü həvari – 141-ci Don Juan” romanı rus dilində nəşr olunub.

Yazıçının APA-ya verdiyi məlumata görə, “Qələm” nəşriyyatında çapdan çıxmış kitab “Şaqi komandora ili 141-y Don Juan” adlanır. “Qaraçuxa” imzası ilə nəşr olunan kitabın Rusiyada yayımı üçün hazırda danışıqlar aparılır. Kitabın tərcüməçisi Siyavuş Məmmədzadədir.

Elçin Hüseynbəyli bildirib ki, “On üçüncü həvari – 141-ci Don Juan” romanından əlavə onun “Azıx”, “Yovşan qağayılar”, “Balıq adam” romanları da rus dilinə tərcümə olunub, növbəti aylarda bu kitabların da nəşr olunması nəzərdə tutulub.

# 1534 dəfə oxunub

Müəllifin son yazıları

# # #