Kulisin əməkdaşı manken kimi səhnəyə çıxdı - Fotolar

Kulisin əməkdaşı manken kimi səhnəyə çıxdı - Fotolar
6 fevral 2020
# 13:18

Ötən gün İncəsənət Mərkəzində 16 yaşlı Azərin Qasımlının qadın geyimlərindən ibarət “Fəsillərin sərgisi” adlı dəfiləsi keçirilib.

Kulis.az xəbər verir ki, yeniyetmə modelyer təbiətin fəsildən fəsilə dəyişən halını hazırladığı geyimlərə köçürüb. Geyimlər jurnalistlər və ictimai fəallar tərəfindən təqdim olunub. Kulis.azın əməkdaşı, tanınmış kino tənqidçi Sevda Sultanova da modellər arasında olub.

Dəfilədəki geyimlər izləyənlər tərəfindən maraqla qarşılanıb. Şüşələrdən, dəmir halqalardan hazırlanmış, payız xəzəllərinin və uzun ağacların təsviri ilə tikilən ləçəkli geyimlər xüsusilə diqqət çəkib. Dəfilədə eyni zamanda A. Qasımlının hazırladığı müxtəlif aksesuarlar nümayiş olunaraq satılıb.

Fotoların müəllifi: Fərqanə Novruzovadır.

# 2812 dəfə oxunub

Müəllifin son yazıları

# # #