Kosmosda çəkiləcək filmin baş rolunu qadın aktrisa ifa edəcək

Kosmosda çəkiləcək filmin baş rolunu qadın aktrisa ifa edəcək
4 noyabr 2020
# 13:54

İlk dəfə kosmosda çəkiləcək bədii filmdə baş rolu qadın aktrisa canlandıracaq.

Məlumatda bildirilib ki, filmin prodüserləri süjetin maraqlı olması üçün belə qənaətə gəliblər. Filmin yaradıcıları əvvəlcə iki ssenari hazırlayaraq kişi və qadınlar arasında müsabiqə keçirməyi nəzərdə tutmuşdular. Lakin onlar yekunda filmdə qadının baş rolda çəkilməsinə üstünlük veriblər.

“Çağırış” adlı kosmik dram “Roskosmos”, “Birinci kanal” və “Yellow, Black and White” studiyasının birgə layihəsidir. Çəkilişlər 2021-ci ilin payızında Beynəlxalq Kosmik Stansiyasında aparılacaq.

Yaxın vaxtlarda “Birinci kanal” baş rolda çıxış edəcək aktrisanı və onun dublyorunu seçmək üçün qadınlar arasında müsabiqə elan edəcək. Müsabiqənin qalibi əvvəlcə “Roskosmos” uçuş komissiyasından, sonra isə kosmonavtlar məktəbində təlimdən keçməli olacaq. /azertag.az/

# 2174 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #