Kino ulduzu 105 yaşında vəfat etdi

Kino ulduzu 105 yaşında vəfat etdi
27 iyul 2020
# 09:36

Məşhur amerikalı aktrisa Olivia de Havilland 105 yaşında vəfat etdi.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, “Küləklə sovrulanlar” filmində Malenia Hamilton obrazını canlandıran aktrisa Parisdə yaşadığı evində dünyasını dəyişib.

Qeyd edək ki, Olivia Havilland 1939- cu ildə çəkilən “Küləklə sovrulanlar” filmində rol alan sonuncu həyatda olan ulduzu idi.

1916- cı ildə dünyaya gələn aktrisa Hollivudun Qızıl Dövründə ən çox film təklifi alan aktrisalardan idi.

“Küləklə sovrulanlar” filmindəki roluna görə Oskar alan aktrisa sonralar çəkildiyi “To Each Own and Heiress” də oynadığı rola görə daha nüfuzlu mükafatlara layiq görülüb.

# 2253 dəfə oxunub

Müəllifin son yazıları

# # #