Bakıda IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək

Bakıda IV “Animafilm” Beynəlxalq Animasiya Festivalı keçiriləcək
21 may 2021
# 17:08

Oktyabrın 20-24-də Bakıda IV “Animafilm” Beynəlxalq Animasiya Festivalının keçirilməsi nəzərdə tutulur.

Kulis.az xəbər verir ki, festival uşaqlar və böyüklər üçün çəkilmiş yerli və xarici animasiya filmlərini təqdim edəcək.

Festivalın məqsədi Azərbaycanda animasiya sənətinin inkişafını dəstəkləmək, animasiya filmlərinin nümayişi və animasiya kinosu üzrə yerli və xarici peşəkarlar arasında təcrübə mübadiləsi üçün platforma yaratmaq, yeni Azərbaycan animasiya filmlərinin, eləcə də beynəlxalq müştərək məhsulların yaradılmasını təşviq etməkdir.

Hər il olduğu kimi, bu dəfə də festival müsabiqə, müsabiqədənkənar, peşəkar və müşayiətedici proqramlardan ibarət olacaq. Proqram və animasiya filmlərinin nümayişi qaydası təşkilat komitəsi tərəfindən müəyyənləşdirilir. Proqram festivalın www.animafilm.az saytında dərc ediləcək.

Qeyd edək ki, “Animafilm” Beynəlxalq Animasiya Festivalının direktoru rejissor Rəşid Ağamalıyevdir.

# 1571 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #