#

Andrey Tarkovski haqqında serial çəkiləcək

Andrey Tarkovski haqqında serial çəkiləcək
18 iyun 2020
# 14:01

Kirill Serebrennikov Andrey Tarkovski haqqında serial çəkəcək.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, rus rejissoru Kirill Serebrennikov “İvanın uşaqlığı”, “Andrey Rublyov”, “Güzgü”, “Solyaris” kimi filmlərin rejissoru Andrey Tarkovskinin həyatı və yaradıcılığı haqqında mini-seriya çəkməyə hazırlaşır.

Tarkovskinin həyat və yaradıcılığına həsr olunacaq serialın prodüserləri İlya Stüart, Murad Osmann və Pavel Buryadır.

İlya Stüart mini-serialın adının və reallaşma vaxtının dəqiq müəyyənləşmədiyini qeyd edərək, layihə haqqında fikirlərini bildirib: “Tarkovskinin nəhəng şah əsərləri hələ də rejissorlara böyük təsir göstərir və sonsuz ilham mənbəyi rolunu oynayır. Bundan əlavə, Kirill Serebrennikovla işləmək və rejissorun bənzərsiz təsvirlərini ekranda görmək şərəfdir”.

# 3089 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #