"Disney"in 250 milyon dollarlıq "Moana" riski özünü doğrultmadı.
Kulis.az xəbər verir ki, "Moana" ABŞ-də ilk 3 gündə cəmi 43 milyon dollar gəlir əldə edib.
Bu, studiyanın 85 milyonluq ilkin proqnozundan 2 dəfə aşağıdır.
Beynəlxalq bazarlarda əlavə 52 milyon toplayan filmin qlobal açılışı 95 milyonla kifayətləndi.
Əvvəlki uğurların kölgəsində
Nəticə əvvəlki hissələrlə müqayisədə çox zəifdir.
2016-cı il animasiyası həftəsonunda 82 milyon yığıb, ümumilikdə 643 milyon qazanmışdı.
2024-cü ildə çıxan "Moana 2" isə 1 milyard həddini keçmişdi.
"Odissey" iyulun 17-də, "Hörümçək-adam" isə iyulun 31-də nümayiş olunacaq. Analitiklər "Moana"nın gələn həftə daha kəskin eniş yaşayacağını deyir.