2023-cü ilin ilk yarısında ən çox hansı filmlərə baxılıb? – Siyahı

2023-cü ilin ilk yarısında ən çox hansı filmlərə baxılıb? – Siyahı
14 iyul 2023
# 14:05

“Box Office Turkey” 2023-cü ilin ilk yarısında Türkiyədə ən çox baxılan filmləri açıqlayıb.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, “Rafadan Tayfa: Galaktik Tayfa” 2 milyon 852 min tamaşaçı ilə ilin ən çox baxılan filmi olub.

"Sürətli və Qəzəbli 10" 2-ci, "Avatar: Suyun Yolu" siyahıda 3-cü filmi olub.

“Avatar: Suyun Yolu” 2023-cü ildə 1 milyon 352 min tamaşaçı tərəfindən izlənilsə də, 16 dekabr 2022-ci ildə yayımlandığı üçün siyahıya daxil edilməyib. Ümumilikdə film kinoteatrlara 2 milyon 672 min tamaşaçı cəlb edib.

Siyahıya "Müqəddəs Karboy 4", "Con Uik 4", "Çəkməli pişik: Son arzu", "Qeyri-qanuni həyatlar" və "Super Mario qardaşları” filmləri də daxildir.

# 1859 dəfə oxunub

Müəllifin son yazıları

# # #