“Qızıl palma budağı”nın laureatı seçildi

“Qızıl palma budağı”nın laureatı seçildi
7 iyul 2021
# 11:30

Amerikalı aktrisa Codi Foster Kann festivalının ən yüksək mükafatı hesab olunan “Qızıl palma budağı”nın laureatı seçilib.

Kulis.az xəbər verir ki, aktrisaya bu mükafatı ispaniyalı rejissor Pedro Almodovar təqdim edib.

Təşkilatçılar bildirib ki, Codi Fosterin bu mükafatı Kann festivalında qazandığı sayca doqquzuncu mükafatıdır.

Aktrisa yarım əsrlik karyerasında festivalda müxtəlif mükafatlar qazanıb. Belə ki, Foster hələ 3 yaşında ikən səhnədə debüt edib. Erkən yaşlarından televiziya reklamlarında və uşaqlar üçün filmlərdə çəkilməyə başlayıb. “Festival bütün həyatımı dəyişib, mən ona çox borcluyam. Burada aktyorlara bəslənilən hörmət mənim üçün çox əzizdir”, - deyə Codi Foster bildirib.

# 1722 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #