"Mirzə Cəlilin Azərbaycanı" filminin təqdimatı olacaq

"Mirzə Cəlilin Azərbaycanı" filminin təqdimatı olacaq
24 fevral 2020
# 18:53

“Mirzə Cəlilin Azərbaycanı” adlı sənədli filmin çəkilişləri başa çatıb.

Kulis.az xəbər verir ki, “Molla Nəsrəddin” ədəbi məktəbinin banisi Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş filmin premyerası keçiriləcək.

Mədəniyyət Nazirliyinin sifarişi ilə “Salnaməfilm”də lentə alınan filmin ssenari müəllifi Nadir Bədəlov, rejissoru Tahir Əliyev, prodüseri Nazim Hüseynov, operatoru Elxan Rüstəmov, bəstəkarı Azər Hacıəsgərlidir.

Filmin ilk təqdimatı 28 fevral Nizami Kino Mərkəzində(saat 19.00), Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə baş tutacaq.

# 1916 dəfə oxunub

Müəllifin son yazıları

# # #