“İRƏLİ” Mədəniyyət Mərkəzi və Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyinin birgə təşkilatçılığı ilə “Solo gənclik” layihəsi çərçivəsində Qara Qarayevin ev-muzeyində növbəti konsert keçirilib.
Kulis.az xəbər verir ki, konsertdə gənc bəstəkar, pianoçu Aydan Əliyeva musiqi nömrələri ilə çıxış edib. O, müəllifi olduğu müxtəlif mahnıları, həmçinin klassik bəstəkarların əsərlərini ifa edib.
Aydan Əliyeva 2024-cü ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvüdür. Simfoniya, prelüd, fortepiano və orkestr üçün əsərlər və mahnıların müəllifidir.
- Mədəniyyət nazirinin yeni təyin olunan birinci müavini kimdir? – Dosye
- “Doğanaqdan keçən həyat” – Rəşid Bərgüşadlının hekayəsi
- Aktrisadan şok etiraf: “Babamın cinsi istismarına məruz qaldım”
Layihənin keçirilməsində başlıca məqsəd gənclərin mədəni iştirakçılığının artırılması, musiqi mədəniyyətinin inkişafı və istedadlı gənclərin fəaliyyətinin stimullaşdırılmasına nail olmaqdır.