Buker almış yazıçıların filmə çevrilən romanlarıSİYAHI

<b>Buker almış yazıçıların filmə çevrilən romanları</b> – <span style="color:red;">SİYAHI
2 mart 2018
# 13:30

Kulis.az Buker mükafatlı yazıçıların əsərləri əsasında çəkilmiş filmləri təqdim edir.

“O günlərdən qalanlar”

İl: 1993

Rejissor: Ceymz Ayvori

Qaynaq: “O günlərdən qalanlar”, Kazuo İşiquro

“O günlərdən qalanlar” romanına görə Kazuo İşiquro 1989-cu ildə Buker mükafatı alıb. Adətən qısa siyahıya düşən əsərlər ətrafında söz-söhbətlər yaranır. Yalnız İşiquronun romanı ilə bağlı hamı yekdilliklə o fikirdə idi ki, layiqli qalib “O günlərdən qalanlar”dır.

Dörd il sonra Ceyms Ayvorinin eyni adlı ekran işi ərsəyə gəldi. Baş rolda Entoni Hopkinq oynayır. Hopkins ingilis eşikağası Ceyms Stivensi canlandırır. Onunla yanaşı Emma Tompso və Hyu Qrant da filmdə yer alırlar.

Film səkkiz “Oskar”a namizəd olsa da yalnız birini əldə edə bilib.

“İngilis pasiyent”

İl: 1996

Rejissor: Entoni Minqella

Qaynaq: “İngilis pasiyent”, Maykl Ondatje

Entoni Minqellanın “İngilis pasiyent” filmi 12 nominasiya üzrə Oskara namizəd olsa da 9-unu ala bilib. 2008-ci ildə 54 yaşında vəfat edən rejissorun ən uğurlu işi 1992-ci ildə Buker mükafatı almış “İngilis pasiyent” romanının ekran həllidir. Baş rollarda Reyf Fayns, Jülyet Binoş, Uilyam Defo və Kolun Fert çəkilib.

“Pinin həyatı”

İl: 2012

Rejissor: Enq Li

Qaynaq: “Pinin həyatı”, Yann Martel

“Pinin həyatı” klassik ingilis macəra romanlarının ənənəsini davam etdirir. Martel deyir ki, bu əsərin yazılmasında onu Moasir Siklyarın “Maks və pişiklər fəsiləsi” kitabı ruhlandırıb.

Pi adlı oğlanın başına gələnlər 2002-ci ildə müəllifinə Buker mükafatı qazandırdı. Ancaq on il sonra ekran işinə çevrilib və Amerika Kinoakademiyasının 4 mükafatını əldə edib.

Filmi “Qozbel dağlar”ın da rejissoru, tayvanlı Enq Li çəkir. Əsl pələng ekran işinin yalnız 10 faizində çəkilib, qalanında animasiyadan istifadə olunub.

“Gecəyarı uşaqları”

İl: 2012

Rejissor: Dipa Mexta

Qaynaq: “Gecəyarı uşaqları”, Salman Rüşdü

“Gecəyarı uşaqları” 2008-ci ildə Buker mükafatının mövcud olduğu dövr ərzində ən yaxşı roman hesab edilib. Əsər Hindistandan bəhs edir. Müəllifi Salman Rüşdidir.

Maqik elementlərlə zəngin olan əsər 2012-ci ildə ekranlaşdırılıb.

“Canavar zalı”

İl: 2015

Rejissor: Piter Kozminski

Qaynaq: “Canavar zalı”, Hilari Mentel

Hilari Mentel iki dəfə Buker mükafatı qazanıb. O, 2009-cu ildə “Canavar zalı” romanına görə, üç il sonra “Bədənləri gətirin” kitabına görə Buker alıb. 2015-ci ildə Mentelin “Canavar zalı” əsəri əsasında BBC kanalında miniserial çəkilib. Tomas Kromvel obrazını Mark Raylens canlandırıb.

“Qulluqçunun hekayəsi”

İl: 1989

Rejissor: Folker Şlöndorf

Qaynaq: “Qulluqçunun hekayəsi”, Marqaret Etvud

Maraqlıdır ki, filmin ssenarisini əsərin müəllifi Marqaret Etvud yox, 2005-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı almış ingilis yazıçı Harold Pinter yazıb. Filmdə Nataşa Riçardson, Robert Düval, Fey Danauey və başqaları oynayıb.

“Su diyarı”

İl: 1992

Rejissor: Stiven Cillenhol

Qaynaq: “Su torpağı”, Qrem Svift

Qrem Sviftin “Su torpağı” əsəri 1983-cü ildə çap edilib və Buker mükafatına təqdim olunub. Ancaq həmin il Nobel mükafatı laureatı C.M.Kutze ilə onun dostu Salman Rüşdünün romanları Svifti geridə qoyur. O, öz Bukerini 1996-cı ildə “Sonuncu sərəncam” romanına görə alıb. Tənqidçilər onu Dikens və Folknerlə müqayisə ediblər.

“Su torpağı” Stiven Cillenhol tərəfindən ekranlaşdırılıb.

Bağışlanma

İl: 2007

Rejissor: Co Rayt

Qaynaq: “Bağışlanma”, İen Makyuen

Britaniyanın ən məşhur yazıçılarından olan Makyuenin bu romanı Ceyn Ostendən epiqrafla başlayır.

Buker mükafatına təqdim edilsə də, qalib olmayıb. Əvəzində yazıçının “Amsterdam” romanı 1998-ci ildə Buker qazanıb.

“Məni əsla tərk etmə”

İl: 2010

Rejissor: Mark Romanek

Qaynaq: “Məni əsla tərk etmə”, Kazuo İşiquro

Kazuo İşiquronun ekranlaşdırılmış növbəti əsəri. “Time” jurnalı əsəri 2005-ci ilin ən yaxşı romanı elan edib. Filmdə Keri Malliqan, Kira Naytli və Enrdyu Qarfild çəkiliblər.

Xatırladaq ki, əsər dilimizə tərcümə olunub.

“Kitab dükanı”

İl: 2017

Rejissor: İzabel Koyşet

Qaynaq: “Kitab dükanı”, Penelopa Fiscerald

Penelopa Fisceraldın romanı 1978-ci ildə Buker mükafatına təqdim edilib. Film ən yaxşı film və ən yaxşı adaptasiya olunmuş ssenariyə görə “Qoya” və “Qaudi” mükafatları alıb.

# 1198 dəfə oxunub

Müəllifin son yazıları

# # #