Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri

Əhdi peymanına qurban olduğum! - Əhməd Cavadın şeiri
12 oktyabr 2024
# 15:07

Bu gün görkəmli şair Əhməd Cavadın anım günüdür.

Kulis.az bu münasibətlə şairin ən məşhur şeirini təqdim edir.

Bir xeyli zamandır getdi, gəlmədi,

Əhdi peymanına qurban olduğum!

İstədi can verdim, qədir bilmədi,

O şirin canına qurban olduğum!

Dedim: ayrılığa yoxdur tavanım,

Ayrılıb getməsin sərvi-rəvanım!

Bir daha dönməzmi yosma tərlanım,

Adma, sanma qurban olduğum!

(O təmiz qanına qurban olduğum!)

Mən hey göyə baxdım, göy mənə baxdı,

Göylərə baxmaqdan gözlərim axdı!

Şimşək oldu, ancaq bir dəfə baxdı,

Baxdı qurbanına qurban olduğum!

Könül vermək istər bir müjdə yenə,

Sevgili yurdumun gözəllərinə!

Şerimə can verib, göylərdən enə,

O haqq divanına qurban olduğum!

O mənim şerimin ruhu, rəvacı,

Bütün gözəllərin başının tacı!

Bilməzmi ki, onsuz ömrüm çox acı,

Şöhrətü şanma qurban olduğum!

Gözəlliklər yapma, duyğular cansız,

Mənə tən eyləyir hər yetən qansız.

Atılan oxlardan çıx gəl ziyansız,

Namü nişanına qurban olduğum!

Bir gecə yatmışdım qəmli, mükəddər.

Qəlbimi sıxırdı sonsuz fikirlər.

Birdən Günəş doğdu, açıldı səhər,

Baxdı gözlərimə o qumral gözlər!

Səsimə oyandım, bomboş bir otaq,

Dağların qarma dönmüşdü yataq.

Eşqimə, duyğuma yoxdu bir ortaq,

Bu iyi dünyada ixtilat qataq!

Batum, 1916

# 1930 dəfə oxunub

Müəllifin son yazıları

# # #