Aşiq olaram qızın sinəsinə – Ulucay Akifdən YENİ ŞEİR

Aşiq olaram qızın sinəsinə –<span style="color:red;"> Ulucay Akifdən YENİ ŞEİR
30 mart 2018
# 13:15

Kulis.az gənc şair Ulucay Akifin “Yaz şeiri” adlı yeni şeirini təqdim edir.

Çox pis

vərdişlərim var.

Məsələn, bir yaz günü

aşiq ola bilərəm

tanımadığım qızın

əllərinə, ayaqlarına, sinəsinə...

aşiq ola bilərəm

yarpaqların rəqsinə,

günəşin gülüşünə, küləyin əsməsinə...

Çox pis

vərdişlərim var.

Məsələn, bir yaz günü

ümid dolar içimə,

məsciddən çıxıb kafeyə gedərəm,

doldurub badəmi deyərəm:

- bunu da Tanrının sağlığına içirəm!

Çox pis

vərdişlərim var.

Məsələn, bir yaz günü

unudaram

sənin adını,

səsini, qoxunu.

Çıxarsan yadımdan...

Məsələn,

bir yaz günü

keçərsən yanımdan,

yaxınlaşıb deyərəm:

- Sevirəm!

# 1197 dəfə oxunub

Müəllifin son yazıları

# # #