Zəhra, Xocalı uşaqlarına de ki… - Mehriban Nağıyevanın şeiri

Zəhra, Xocalı uşaqlarına de ki… - <span style="color:red;">Mehriban Nağıyevanın şeiri
9 iyul 2017
# 15:48

Sən də şəhid oldun,

Xocalıdakı uşaqlar kimi.

İllər keçəcək,

Fəsillər dəyişəcək

Sənin yaşıdların olan uşaqlar böyüyəcək,

Amma sən elə iki yaşında qalacaqsan

Xocalıdakı şəhid uşaqlar kimi böyüməyəcəksən

Mənim körpə şəhidim, Zəhram .

Bəlkə də o an,

O dəhşətli an,

Nənə sənə nağıl danışırdı

Sən də gülə-gülə qulaq asırdın

Nağılın sehrinə düşmüşdün

Amma heç bilmirdin

Biri varmış, biri yoxmuş

Bu dünyada erməni adlı

Düşmənlər varımış.

Onlar körpələrin qanına susayarmışlar.

Hələ qədimdən, lap qədim dövrlərdən

Körpə uşaqları nizəyə keçirməyi sevərmişlər

Uşaqları öldürüb

Qanına qəltan eləmək ,

Başın kəsmək,

Gözlərin çıxarmaq ,

Dərisi soymaq ….

Onlar, o pis adamlar

Həzz alarmış

Belə işgəncələrdən

Elə indicə

Nənə sənə nağıl danışanda

O pis adamlar

Səni də Xocalıdakı uşaqlar kımi qanına qəltan etdilər

Göyərçinə dönüb göylərə uçan, Zəhram

Şəhid balam ,

Orada Xocalı uşaqlarına de ki,

Mütləq de ki, qanları yerdə qalmayacaq

Qisas gününü həsrətlə gözləyən

Xocalı uşaqlarına ….

# 1102 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #