Orxan Pamukun son romanına nüfuzlu mükafat verildi - FOTO

Orxan Pamukun son romanına nüfuzlu mükafat verildi - FOTO
27 iyul 2017
# 10:17

Hər il İtaliyada Sicilyalı yazıçı Cüzeppe Lampedüze adına verilən ədəbiyyat mükafatı bu il “Qırmızı saçlı qadın” romanına görə Orxan Pamuka verilib.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Mükafat Pamuka avqustun 12-də Santa Marqerita di Beliçe qəsəbəsinin meydanında keçirilən böyük tədbirdə təqdim olunacaq.

Xatırladaq ki, “Qırmızı saçlı qadın” italyan dilinə tərcüməçi Barbara Ros çevirib. Roman indiyə qədər Pamukun 14 kitabını yayımlayan “Einaudi” nəşriyyatı tərəfindən keçən ilin dekabrında nəşr edilib.

Image result for kırmızı saçlı kadın

Image result for ‘La donna dai capelli rossi’

# 795 dəfə oxunub

Müəllifin son yazıları

# # #