Cadugərin qoruduğu alma ağacı - “İnternat ədəbiyyatı”

Cadugərin qoruduğu alma ağacı - <span style="color:red;">“İnternat ədəbiyyatı”
5 iyun 2017
# 11:20

Kulis.az “İnternat ədəbiyyatı” layihəsində 1 saylı internat məktəbinin VI sinif şagirdi, 12 yaşlı Ceyhun Yahyayevin yazdığı “Alma ağacı” nağılını yayımlayır. Layihənin rəhbəri Vüsalə Məmmədova, redaktoru Sevinc Elsevərdir.

LAYİHƏ: “İnternat ədəbiyyatı”

Alma ağacı

Biri var idi, biri yox idi. Bir cadugər var idi. Bu cadugər öz həyətində qəribə bir alma ağacı əkmişdi. Bu ağac bütün fəsillərdə yarpaqlarını tökməzdi. Hər gün də təzədən bar verərdi. Bir gün cadugər uzaq səfərə çıxmalı olur. O, alma ağacına yaxınlaşıb deyir:

- Mən gəlincə darıxma. Mən qayıdacam.

Cadugər bunu deyib yox olur. Həmin vaxtdan alma ağacı tək qalıb darıxır. Darıxdığından yarpaqlarını tökməyə başlayır.

Cadugər hər səhər öz sehrli mahnısını oxuya-oxuya alma ağacının dibini sulayırdı. Alma ağacı həmin mahnını eşitmək istəyirdi. Artıq yağışın ümidinə qalmışdı.

Cadugər nə qədər ki, evində idi, qonşu uşaqlarını həyətinə buraxmırdı, alma ağacını hamıdan gizləyirdi. O, evinin ətrafına hündür hasar çəkdirmişdi.

Hasarın o tayında uşaqların şən səsləri gəldikcə alma ağacının xiffəti daha da artırdı. Birdən onun ağlına bir fikir gəldi. O, budaqlarından birini gücü çatdıqca hasardan o üzə uzatdı. Sonra uşaqlar üçün hasarın dibinə bir neçə alma atdı. Uşaqlar almanı görcək sevindilər. Alma çox şirin və dadlı idi.

O gündən uşaqlar hər gün alma ağacına baş çəkməyə, onu sulamağa, onun üçün oxumağa başladılar. Alma ağacı yenidən yarpaqladı.

Cadugər geri qayıdandan sonra yenə uşaqları həyətinə buraxmadı. Cadugərin bu hərəkəti alma ağacının heç xoşuna gəlmədi. O, küsdü, təzədən yarpaqlarını tökməyə başladı, meyvə gətirmədi. Cadugər başa düşdü ki, alma ağacı uşaqları qonaq eləməsə, əvvəlki kimi xoşbəxt olmayacaq. O, həyətinin qapılarını taybatay açdı, uşaqları həyətinə çağırdı. Bir yerdə alma ağacı üçün mahnı oxudular, onun dibini suladılar. Alma ağacı bir göz qırpımında yamyaşıl dona büründü və o saat da şirin, dadlı meyvələr yetişdirdi.

Layihənin əvvəlki yazıları:

“Bacım atamın qucağında öldü”

“Paxıllıqdan saralan güllər”

Başını daşla yaran dostu bağışlamaq

Öz payın aparmağa uşaqlar düzülürlər

Yalanı ancaq nağıllarda danışmalı

Meşəni xilas edən zəlzələ

Leylanı ayının pəncəsindən necə qurtardıq

Yaşıl bağ

# 1142 dəfə oxunub

Müəllifin son yazıları

# # #