Mövlud Mövlud Mükafatının 10-luğu açıqlandı - SİYAHI

Mövlud Mövlud Mükafatının 10-luğu açıqlandı - SİYAHI
7 mart 2018
# 17:00

Mövlud Mövlud Mükafatı hekayə müsabiqəsinin qısa siyahısı açıqlanıb.

Kulis.az Kult.aza istinadən xəbər verir ki, Təşkilat Komitəsinin sədri Aqşin Evrənin sözlərinə görə, münsiflərin verdiyi ballar hesablanıb və onluğa düşən hekayələr müəyyən edilib:

“Əvvəlcədən elan edildiyi kimi, müsabiqənin 4 qalibi olacaq. Onlarından üçünü münsiflər, birini isə onlayn səsvermədə oxucular seçəcək. Onlayn səsverməyə buraxılan hekayələri münsiflərin versiyi xala uyğun olaraq müəyyən etdik. Lakin 4 hekayə eyni balı topladığı üçün səsverməyə 10 yox, 13 hekayəni buraxmalı olduq. Onlayn səsvermə bu gündən başlayır. Oxucular qısa siyahıdakı hekayələrə səs verərək, öz qaliblərini seçə bilərlər.

Bundan başqa, münsiflərin verdiyi ballara əsasən artıq müsabiqənin qalibləri (ilk üçlük) də müəyyən edilib. Qaliblərin adları Mövlud Mövlud Mükafatı hekayə müsabiqəsinin mükafatlandırma mərasimində açıqlanacaq. Mükafatlandırma mərasiminin nə vaxt keçiriləcəyi haqda yaxın günlərdə məlumat veriləcək”.

Qeyd edək ki, onlayn səsvermənin qalibi diplom, eləcə də planşet və ya mobil telefonla mükafatlandırılacaq.

Siyahını təqdim edirik:

1. Ögey kitabları yandırın (Tural Turan)

2. Çiyələkli saqqız (Dəniz Ayvaz)

3. Alyoşanın məktubu (Əli Babazadə)

4. Dəlixanadakı qarışqa (Eybulla Ağadadaşov)

5. Ad günü hədiyyəsi (Günel Nağıyeva

6. Xilaskar Ay (İlknur Salamova)

7. Sonsuzluq (Qalib Bəhram)

8. Son müsahib (Rövşən Nəcəfov)

9. Dairə (Rübabə Quluzadə)

10. İntihar gözətçisi (Şəhriyar İbrahimov)

11. Qırmızı don (Şima Cəddi)

12. Zəmanəmizin qəhrəmanı (Cavid Zeynallı)

13. Dörd yetim (Xan Abdulla)

Qeyd: 4 hekayə eyni balı topladığı üçün səsverməyə 13 hekayə buraxılıb. Sıralama şərtidir.

# 983 dəfə oxunub

Müəllifin son yazıları

# # #