Kulis.Az Sədaqət Kamalın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Alçaldılmışları sevən çiçəklər” (477 işarə) hekayəsini təqdim edir.
Hamı kimi seçilmək, sevib sevilmək arzusundaydı o qadın. Ancaq imkansızlıqdan o buna cəmiyyətdə əxlaqsızlıq kimi dəyərləndirilən yolla çata bilərdi və bu yola düşdü də. Hörmətini itirdi. Alçaltdılar, Ramanada da yatası oldu. Bir gün öldü. İllər sonra qəbiristanlığa yolum düşərkən iri ağ çiçəkli sarmaşıq kolunun başdan-ayağa onun baxımsız qəbrinə sarmaşdığını gördüm. Mərmər heykəllərlə bəzədilmiş qəbirlər belə o qəbrin yanında solğun görünürdü. Bu xanıma qarşı qəddar olan dünyada çiçəklər öz zərifliklərini itirməyərək ona lütf göstərmişdilər...