Aşıq Ələsgər yaradıcılığı Belarus portalında

Aşıq Ələsgər yaradıcılığı Belarus portalında
19 aprel 2021
# 15:54

Belarusun “Sozvuçie” ədəbiyyat portalı bu il 200 yaşı tamam olan böyük Azərbaycan şairi və aşığı Aşıq Ələsgərin rus dilinə tərcümə edilmiş şeirlərinə və yaradıcılığı haqqında məlumata geniş yer ayırıb.

Kulis.az xəbər verir ki, şirlər klassik Azərbaycan poeziyasının təbliği üçün xüsusi olaraq yaradılmış “Xalq müdrikliyinin aynası” bölməsində təqdim olunub.

Şeirlərin rus dilinə tərcümə müəllifi Vladimir Qafarovdur.

Xatərladaq ki, ustad sənətkarın şeirləri Dövlət Tərcümə Mərkəzinin “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində yayımlanıb.

# 1815 dəfə oxunub

Müəllifin son yazıları

# # #