Çıx get qara Afrikaya – Adil Mirseyiddən ŞEİR

Çıx get qara Afrikaya – <span style="color:red;">Adil Mirseyiddən ŞEİR
21 dekabr 2016
# 11:01

Bu gün mərhum şair Adil Mirseyidin doğum günüdür. Kulis.az bu münasibətlə şairin “Çıx get qara Afrikaya” şeirini təqdim edir.

Bir dəli şeytan deyir

Sən də at şeirin daşını

Çıx get qara Afrikaya

Rembo kimi qat başını.

Öpülməmiş bir qız tap

Bir də köndələn daxma

Heç kimə məktub yazma

Güzgülərə də baxma

Nə din, nə dil, nə də Vətən

Hamısı çıxsın yadından

Amma bir gün uçan yerdə

Vursunlar qanadından

# 1232 dəfə oxunub

Müəllifin son yazıları

# # #