Çiyələk - Günün lətifəsi

Çiyələk - Günün lətifəsi
12 iyul 2024
# 09:00

Kulis.az günün lətifəsini təqdim edir.

Ramil Əhmədin toyunda Ulucay Akiflə Nadir Yalçın siqaret çəkmək üçün foyeyə çıxır.

Nadir uzaqdan furşetə düzülmüş meyvələri görüb özünü saxlaya bilmir, yan-yan yeriyir meyvələrə tərəf. Başlayır iri çiyələkləri bir-bir mədəsinə ötürməyə.

Az sonra foyeyə çıxan Fərid Hüseyn də onlara yaxınlaşır. Nadirin çiyələkləri iştahla tıxışdırdığını görüb deyir:

- Nadir, sən də bir-iki dənə hekayə yazmısan, basıb bütün çiyələkləri yedin.

# 2706 dəfə oxunub

Müəllifin son yazıları

# # #