Məmməd Arazın gürcü dilində kitabı çıxdı - FOTO

Məmməd Arazın gürcü dilində kitabı çıxdı - FOTO
8 dekabr 2016
# 16:08

Gürcüstan Yazıçıları Milli Akademiyası Azərbaycanın Xalq şairi Məmməd Arazın şeirlərindən ibarət kitab tərtib edib.

Kulis.az adalet.aza istinadən xəbər verir ki, gürcü dilində çap edilən kitabın redaktor-tərtibçisi Mirzə Məmmədoğludur. Tərtibçinin şəxsi vəsaiti hesabına buraxılan kitabda mərhum şairin 80 şeiri yer alıb. Kitabda həmçinin, bəzi şeirlərin Azərbaycan dilindəki orijinal formaları da saxlanılıb.

Qeyd edək ki, Gürcüstanda yaşayan Mirzə Məmmədoğlu Tbilisi Universitetinin professorudur. Onun Nizami Gəncəvi və başqa klassik şairlərimiz haqqında gürcü dilində monoqrafiyaları var.

# 1058 dəfə oxunub

Müəllifin son yazıları

# # #