Atatürkün məşhur sevgisinə film çəkilir

Atatürk, Dimitrina Kovaçev

Atatürk, Dimitrina Kovaçev

22 fevral 2022
# 12:00

Mustafa Kamal Atatürkün həyatında silinməz izlər buraxan Bolqar qızı Dimitrina ilə yaşadığı hüzn dolu sevgi hekayəsinə film çəkilir.

Kulis.az türk mediasına istinadla xəbər verir ki, Atatürkün Bolqar qızı Dimitrina Kovaçevə olan imkansız sevgisi, “Dimitrina” adıyla film halına gətirilir. Atatürkün “Gəncliyimi itirdim Sofiyada” dediyi Dimitrinada başrolları hansı aktyor və aktrisaların paylaşacağı hələ ki bilinmir.

Qeyd edək ki, hələ 30 yaşlarında olan Atatürk “Sofiya Askeri Ataşeliğine” göndərilir. Burada General Stilyan Kovaçevin qızı Dimitrina ilə tanış olur. Bu tanışlıqdan sonra onlar bir-birinə aşiq olurlar. Atatürk vaxt itirmədən ona evlilik təklifi edir. Bu təklif gözəllər gözəli Dimitrina tərəfində böyük bir xoşbəxtliklə qarşılansa da, böyük eşq evliliklə nəticələnmir.

Bu hadisəyə Atatürkün qazana bilmədiyi tək müharibə də deyirlər.

İllər sonra Atatürkün “Bir qız sevdim, vermədilər. Gəncliyimi qoyub gəldim Sofiyada” dediyi yarım qalan eşq hekayəsi “Dimitrina”, 2023-cü ildə kinosevərlərlə görüşəcək.

# 2048 dəfə oxunub

Müəllifin son yazıları

# # #