Orxan İsmayılov: “İntihar məktubunda səhvlər”-Ən qısa hekayə

Orxan İsmayılov: “İntihar məktubunda səhvlər”-Ən qısa hekayə
26 dekabr 2013
# 15:00

Kulis.az Orxan İsmayılovun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “İntihar məktubunda səhvlər” (397 işarə) hekayəsini təqdim edir.

Artıq qərarını vermişdi, bu gün özünə qəsd edəcəydi. Ölümü daha çox gözlətməmək üçün tələm-tələsik vida məktubu yazıb, yuxuda olan zavallı anasının və filoloq atasının gözlərinə baxıb çıxdı.

Etdiyi səhvləri düşünüb geri qayıtdı. O məsləyini ikinci övladı hesab edən atasının bu qədər qrammatik səhv olan məktubunu oxumasından qorxdu. Bir məktubda iki övladının ölümünü görmək ata üçün böyük faciə olardı.

Məktubu cırdı. Artıq intiharın da əhəmiyyəti qalmamışdı.

# 3227 dəfə oxunub

Müəllifin son yazıları

# # #