Erməni rəqqasə bayrağı təhqir etdi və prokurorluğa çağırıldı

Erməni rəqqasə bayrağı təhqir etdi və prokurorluğa çağırıldı
5 avqust 2014
# 14:31

Misirin populyar oriyental rəqqasəsi, erməni əsilli Safinaz ölkə prokurorluğuna çağırılıb.

Kulis.azın Misirin “Əl-Əhrəm” qəzetinə istinadən verdiyi xəbərə görə, rəqqasə ölkə bayrağının rəngləri olan kostyumda göbək rəqsi oynadığı üçün ondan şikayət edilib.

O, bu kostyumla Qırmızı dəniz sahilindəki kurortda çıxış edib.

Qəzet xatırladır ki, Misirin əvvəlki prezidenti Adli Mansurun vaxtında dövlət bayrağının təhqir edilməsinə görə bir il həbs cəzası və 4000 min dollar cərimə təyin edilməsi haqda qanun qəbul edilib.

Qanunda qeyd edilir ki, bayrağın cırılması, onun üzərində hansısa şüarın və ya təsvirin əlavə olunması da təhqir sayılır.

İki il əvvəl Misirə gələn Safinaz bir neçə filmdə çəkilib. O, eyni zamanda zənginlərin toy məclislərində iştirak edir.

# 9491 dəfə oxunub

Müəllifin son yazıları

# # #