Aşkar Dədə Qorqud-Afaq Əsədovanın yazısı

Aşkar Dədə Qorqud-Afaq Əsədovanın yazısı
15 sentyabr 2016
# 14:59

Afaq Əsədovanın “Aşkar Dədə Qorqud” (Yazıdan mifə) adlı kitabı tezliklə işıq üzü görəcək. Kitabda Kamal Abdulla yaradıcılığında postmodernizm təhlil edilir. Orijinal baxışla ədəbiyyatın çatdığı bugünkü postmodernist üslub səviyyəsində təfəkkürün ilkin qaynaqlarına, əsasən mifə doğru həqiqət axtarışlarının təhlili mürəkkəb və iddialı bir problemi ortaya qoyur. Yazı, yazının əmələ gəlməsi, inkişaf prosesi, miflə qarşılıqlı əlaqəsi, yazı və səs kimi problemlər dünyaya bir mətn kimi baxan Derrida düşüncəsi Kamal Abdulla yaradıcılığını istiqamətləndirir.

***

Kamal Abdullanın əsas elmi əsəri və sonrakı bədii yaradıcılığının əsasını təşkil edən kitabı “Gizli Dədə Qorqud” (Mifdən Yazıya) əsəridir. Mif və yazı arasındakı yazı fonunda mifin əmələ gəlməsi yazıçının mifdən doğulduğu, mifi sıxışdıraraq yavaş-yavaş özünə yer etməsi prosesində “Dədə Qorqud dastanları” təhlil edilir. Dastanın gizli qatları, onun yunan mifləri ilə əlaqəsi, semantik başlıqlarla öyrənilir. Beləliklə, yunan mifləri kimi müstəqil, ana varianta aparan bir variant olduğu qənaətinə gəlir.

***

Yan, düşünən postmetafizik insanın dilidir. Həqiqi dil (kasıblıq, sadəlik, səsin baxışları və eşitmənin səsdən öncə tutduğu) bütün mahiyyətiylə ilkinliyə əsasa, varlığa məxsus olan mifin mistik mahiyyəti, dilin və insanın ilkin antolojiliyini göstərən çoxmənalı, metaforik səciyyəli mifin və poeziyanın dilidir.

***

Həqiqi dil.

Haydeggerə görə demək və danışmaq eyni şey deyil. İnsan danışa bilər, sonsuza qədər də danışa bilər, amma heç bir şey demədən. Bir başqası isə, əksinə danışmır, məhz elə o danışmamağı ilə çox şeylər deyə bilər.

“Demək-deməli, göstərmək-üzə çıxarmaq, görməyə imkan vermək-eşitmək”. Bu demək isə sadə və kasıb olmalıdır. İnsanın yarandığı “torpağa” zəminə, əsasa yaxın olan dialektiklərdir.

Və ona görə də heç bir məsuliyyət daşımır. Müasir dünyada azadlıqdan imtina daha dəqiqi azadlığın yox olması baş verir. Hər şey “hamı kimi” olmaq, özgələşmə təcrübəsi üzərində qurulur. Bu dünyada hamı-“başqası”dır hətta özü-özünə münasibətdə belə insan başqası”dır; müəyyənlikdə, ortabablıqda şəxsiyyət ölür, fərdiyyət əriyir.

***

M. Fukoya görə postmodernizmin əsas bəyanlarının biri olan “subyektin ölümü” və “insanın ölümü” ideyalarını məhz Haydegger özünə istinadən sanksiyalaşdırmışdır.

***

K. Abdullada Mifdən Yazıya tarixi keçiş prosesində Yazının inkişafının ən üst mərhələsində, həm də ən böyük böhranında eləcə də postmodernizmdə olan parlaq şəkildə Yenidən Yazıdan Mifə- elmi-bədii təfəkkürün inkişaf əyrisinin şahidi oluruq.

***

“Gizli Dədə Qorqud”da Mif Yazını ona sadiq olub-olmadığına əmin olmaq üçün sınağa çəkirsə, “Yarımçıq Əlyazma”da əksinə Yazı Mifi sınağa çəkir.

***

“Gizli Dədə Qorqud”da Mif və Yazının-Köhnə ilə yeninin ilkin münasibətlərini “Mifin potensialının hələ axıradək reallaşmağı, tam şəkildə arsenala döndərdiyi-Köhnənin yeganə olduğu, başqa sözlə, həm köhnə, həm yeni olduğu, dünən, həm bu gün, həm gələcək olduğu, bütün zaman və qiymət parametrlərini məhz belə bir köhnənin içində olduğunu yeninin yaranmağa başladığını görən Mif sövq-təbii hiss edirdi ki, Yeni-yeni Yazı onun dayaq nöqtələrini dağıtmağa çalışacaq qarşıdakı kəskin, amansız mübarizəni davam etdirəcək.

***

“Mif öz qəhrəmanlarını sınaqdan keçirməklə içində yeni bir qüvvə kimi yaranmağa başlayan Yazının sadiqliyini yoxlayır”.

Mifin bu sınaqları əslində dastanın canını və ana xətlərini ehtiva edir.

Kamal Abdulla azmamaq üçün Füzulinin dediyi kimi “elmsiz şeir əsassız divar olur və qayətdə bietibar olur” təsbitini rəhbər tutaraq, bir qədər də təfəkkür tərzinin xüsusiyyətlərindən, vərdişlərindən doğan təmayüllə təxəyyülün anarxizmindən qurduğu bədii qurğunun əsassız divar olmasından çəkinərək daim, çox gözəl öyrənib tədqiq etdiyi, əsrlərin sınağından çıxmış, daşlaşmış elmi həqiqətləri özündə saxlayan mifik təfəkkür abidəsi olan “Gizli Dədə Qorqud”a istinad etmişdir. Məhz bu istinad onu əsərlərində bir bütöv təşkil edir.

***

“Qanunlar kodeksi, yazı üslubu, davranış tərzi-bütün bunlar yaranmaqda olan cəmiyyətin, yəni Mifin mövcudiyyət məkanının atributudur. Mif özü-özü üçün bir ev qururdu və bu evin etibarlı, möhkəm olması birinci növbədə onu narahat etməli idi. Və dərhal qeyd edək ki, bu ev əsaslı şəkildə qurulurdu”-(Kamal Abdulla “Gizli Dədə Qorqud”)

***

Kamal Abdullanın obrazları elmi-fəlsəfi, mistik, magik təfəkkürün təsbit etdiyi xüsusiyyətlərin maddiləşməsi obrazlaşmasıdır. Burada təsadüfi, uydurma yoxdur. Məsələn əgər sehrbaz ruhun çağırılması üçün göyün üzünün müəyyən rəngdə olmasını istəyirsə, bu hansısa mistik-maqik təsəvvürlərə yaxud da xüsusiyyətləri ilə improvizə ilə bağlıdır. Bu əlbəttə yazıçı təxəyyülü yaradıcılıq prosesini sponfor yaranış təsiri bağışlaya bilir.

***

Mağaranın ruhu Mifdir.

Bu ruh niyə arabir işıq saçan qaranlıq yunan təkər çəkilmiş kürə şəklində göstərilir?

***

Kassirer Mifi “təsəvvürlərin obyektiv materiallarının bütün müxtəlifliyində təsdiq edilmiş qavrayışın qapalı forması” kimi səciyyələndirir. Bu təfəkkürdə daha dərin elmi qatda filizləşmiş, suxurlaşmış semantik məna elmi-semantik faktın bu bədii kontekstində ifadəsi kimi özünü göstərir.

***

Haydeggerin əsas tezislərindən biri də budur: “Dil-müstəqil qüvvədir: dil özü danışır, öz hökmü ilə. Buna görə də insan birincisi, susmalı və dilin özünə və onun vasitəsilə də varlığın özünə danışmağa imkan verməsi lazımdır. İkincisi, dilin özünün nə danışdığına qulaq asmaq və onun dediklərini eşitmək”.

Haydeggerin təcrübi şəkildə dilin dəyişməsi üçün formalaşdırdığı mərhələli (tələblər)- susmaq, eşitmək, danışmağın yerindəliyə- və beləliklə, susaraq düşüncəni aydınlaşdırmaq onun bütün enerjisinin gücünü yığmaq, susmağın özünə varlığın dili kimi qəbul etmək, əsasən əsasına varlığın və dilin mənasına yaxınlaşaraq, hadisələrlə dünyanı kənarlaşdıraraq mahiyyəti eşitməklə öz “Mənini” bir kənara atmaqla dildə ərimək-beləliklə həqiqi dilə-varlığın dilinə çatmaq.

***

Kamal Abdulla məhz bu “qocalmış” sözünü çoxdan müstəqil şəkildə o biri sözlərə qovuşmağa ehtiyac duyan biri sözlərə yanaşan kiminsə onun qeydinə qalmasını qayğısını çəkmək istəyən “qocalan” sözə sahib çıxır.

K. Abdulla Mif yazının ona sadiq olmasını sınaqdan keçirirsə “Yarımçıq Əlyazmada” yazı Mifi sınaqdan keçirir.

Müxtəlif poststrukturalist təlimlərin yarandığı dövr idi. Bu təlimlər nə qədər bir-birləri ilə mübahisə etsələr, bir-biriləri ilə razılaşmasalar da “aralarında daxili polemik sahənin yerləşdiyi gərgin məkanda” bir doktrinanın müxtəlif qütblərini yaradaraq bir çox məsələlərdə bir-birlərini tamamlayırdılar.

***

Yaradıcılıq xaosun nizama salınması ilə başlayır. Öyrənmə xüsüsiyyətin öyrənilən obyektin xüsusiyyəti ilə bağlı olmuşdur. Yaradıcılıq daim müəyyən qeyri-sabitliklə bağlı olmuşdur-bu və ya digər dərkə-dünyadakı xaotik başlanğıcın əksi olaraq yaradıcılığın tədqiqindəki müəyyən qeyri-dayanışlı sabitlik bununla izah olunur. Daim dəqiq təsvirlərdən dayanıqsız təsvirlərə keçid.

***

Ədəbiyyatşünaslıq tədqiqatları özünün tədqiq predmetini tətbiqinə müvafiq olaraq emosional qurğulara yol verir və tədqiq etməsi predmetinə müəyyən dərəcədə paralellik təşkil edir.

***

Bugünkü müasir dəqiq elmlər də forma yeri modelləşdirir.

***

Ədəbiyyatda informasiya sadəcə verilmişdir, yaradıcı şəkildə şifrəsi açılır, hansındakı, kod qəbul edənin yaradıcı işi üçün stimul rolunu oynayır. Müasir olur.

***

Ədəbiyyatda sadə kommunikasiya çoxalır, yaradıcı prosesdə oxucunun müəlliflə qarşılıqlı iştirakı var.

***

“Bir daha ölüm olmasın-canlar alınmasın” K. Abdullada Oğuz fəlsəfəsi budur və Dəli Domrul məhz bu amal uğrunda mübarizə aparır.

***

“Sehrbazlar Dərəsi” romanının rüşeymlərini “Mifdən yazıya və yaxud Gizli Dədə Qorqud” əsərində belə görürük: Mifoloji təsəvvürlər, mifoloji dünyagörüşləri, anlayış və etiqadlar yalnız bir nöqtədə bütövləşir, təmərküzləşir. O nöqtə hakimi-dövran olan Mifdir! Məhz Mif insanın bütün hərəkət və davranışını tənzim edir, onu istiqamətləndirir, ətraf mühitin öz bildiyi şifrəsini... ona deşifrə edir, açır. Mifin yeni yaranan insan cəmiyyətində öz elçiləri, səfirləri vardır və biz indi onları şamanlar kimi, kahinlər kimi tanıyırıq. Bu elçilər cəmiyyətin adi üzvlərindən fərqlənirdilər, bir növ medium idilər, məhz onlar mif ideyalarını cəmiyyətin bu adi üzvlərinə çatdırır və onlarla Mif arasında əlaqə yaradan qüvvələr kimi tanınırdılar.

***

Mifoloji (təfəkkür) fantaziya canlandırmaya və ruh verməyə kainatın ardıcıl “spiritullaşdırılması”na cəhd edir. Lakin mifoloji düşüncə forması fəaliyyətin bütün xüsusiyyət və formalarını, bütün vəziyyət və münasibətləri bərk substara mifoloji düşüncə forması daima əks qütbə məzmununun ruhu mənəvi elementlərinin özünəməxsus şəkildə maddiləşməsinə gətirib çıxarır:

***

Derrida üçün gerçəklik həmişə diskursiv təcrübə ilə vasitələnib. Ona görə faktik olaraq gerçəklik kimi onun refleksiyası da bir müstəvidə yerləşib. Derrida daim gerçək dünya ilə insanların şüurunda əks olunan dünya arasındakı sərhədi silməyə cəhd edir. Onun dekonstruktiv analizi fəlsəfi sistemlərdə bərqərar olunmuş (müəyyənləşdirilmiş) “mədəni təcrübə-dən çıxır ki məhz bu da dekonstruksiya əməliyyatı üçün material kimi çıxış edir. Bu material “ənənəvi metafizik formasiyalar” kimi başa düşülür, irrasional xarakteri üzə çıxarır, bu da dekonstruksiyanın vəzifəsini təşkil edir.

***

K. Abdulla-dekonstruksiya vasitəsilə irrasional olanı tapır, rasional məcrasına salır. Yazıçı olaraq fəal oxucu kimi aktiv inteqrasiya ilə məşğul olur. Daxili ziddiyyətlərin izləndiyi məqamları üzə çıxarır, onları öz rasional həyatı, insani məcrasına salır.

# 1076 dəfə oxunub

Müəllifin son yazıları

# # #