Tərcümə Mərkəzi müsabiqə elan edir

Tərcümə Mərkəzi müsabiqə elan edir
26 oktyabr 2014
# 11:31

Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi bədii tərcümə əməyinin dəyərləndirilməsi, tərcümə sahəsinin inkişafının stimullaşdırılması məqsədi ilə “Dəf(i)nə yarpağı” adlı Bədii Tərcümə Mükafatı təsis edib. Müsabiqənin 2 ildən bir keçirilməsi nəzərdə tutulur. Tərcümə əsərlərinin qəbul müddəti bu ilin oktyabr ayının 24-dən dekabr ayının 20-sinə qədər müəyyən edilir. Qaliblərin adı 2015-ci ilin mart ayının sonlarında keçiriləcək mükafatlandırma mərasimində elan olunacaq.

* Müsabiqəyə nəsr və poeziya üzrə Azərbaycan dilinə tərcümə edilmiş əsərlər qəbul edilir.

* Müsabiqəyə təqdim edilən əsərlərin həcmi aşağıdakı qaydada müəyyən edilir:

nəsr əsərləri – 20.000 işarəyə qədər

poeziya nümunələri – 100 misraya qədər

* Yalnız müsabiqə üçün edilmiş, yeni və çap edilməmiş tərcümələr qəbul olunur.

* Hər nominasiya üzrə mükafat bir müəllifə və bir əsərə təqdim edilə bilər.

* Bir şəxs mükafata bir nominasiya üzrə yalnız bir əsər təqdim edə bilər.

* Müsabiqədə iştirak edən namizədlər üçün yaş məhdudiyyəti yoxdur.

Müsabiqəyə təqdim üçün zəruri olan sənədlər:

a) Tərcümə edilmiş əsər elektron poçtla göndərilmirsə, çap olunmuş şəkildə 5 nüsxə;

b) Şəxsiyyət vəsiqəsinin surəti;

c) Müsabiqə iştirakçısının əlaqə nömrəsi;

ç) Tərcüməçinin digər işlərinin siyahısı (mənbəyi göstərməklə);

d) Tərcümə əsərləri elektron ([email protected] ünvanına) və kağız formatında təqdim edilə bilər.

Qeyd: Göndərilən nüsxədə əsərin Azərbaycan dilinə hansı dildən çevrildiyinin qeyd edilməsi zəruridir;

Müsabiqə şərtlərinə əməl olunmadan təqdim edilən əsərlər müsabiqədə iştirak etmir.

Əsərlər AZTM-in Mətbuat və nəşr məsələləri üzrə müşavirliyi tərəfindən qəbul edilir.

Mükafat fondu:

Tərcümə edilən nəsr əsərləri üçün:

I yer – 3000 (üç min) manat

II yer ­ – 2000 (iki min) manat

III yer – 1000 (min) manat

Həvəsləndirici mükafat: 500 (beş yüz) manat

Tərcümə edilən poeziya nümunələri üçün:

I yer – 3000 (üç min) manat

II yer – 2000 (iki min) manat

III yer – 1000 (min) manat

Həvəsləndirici mükafat: 500 (beş yüz) manat

Müsabiqənin gedişatı barədə:

Qəbul edilən əsərlər nömrələnmiş qaydada (imzasız) ekspertlərə verilir, ikinci mərhələyə – 20-liyə çıxan əsərlər Mükafat Komissiyasına təqdim edilir.

Qalib əsərlərin seçimi iki mərhələ üzrə aparılır. Birinci mərhələdə seçilmiş 20-likdən 10-luq seçilir. İkinci mərhələdə qaliblər müəyyən edilir.

Əsərlər 5-dən 10-a qədər olan bal sistemi ilə qiymətləndirilir.

Ekspertlərin və Mükafat Komissiyası üzvlərinin adları mükafatlandırma mərasiminə qədər gizli saxlanılır.

Mükafat diplom və pul təltifindən ibarətdir.

Ünvan: Ə.Topçubaşov 74

Email: [email protected]

Telefon: 595-10-42

Mob: (050) 263-02-95

# 4144 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #