Məşhur rejissor ağır qəzaya düşdü

Məşhur rejissor ağır qəzaya düşdü
2 iyun 2017
# 10:35

Dünyaca məşhur serb kinorejissoru Əmir Kusturitsa avomobil qəzası keçirib.

Kulis.az rus mətbuatına istinadən xəbər verir ki, qəza Belqradın 140 kilometrliyində Serbiya magistral yolunda baş verib. Naməlum səbəbdən sürücünün idarə etdiyi “Mercedes” yoldan çıxıb. Hadisə yerinə gələn Yol Polis Xidməti və Təcili Tibbi Yardım yerindəcə sürücüyə və rejissora yardım göstərdikdən sonra hər iki şəxs Valevo şəhərindəki xəstəxanaya qaldırılıb.

Xatırladaq ki, serb rejissoru Əmir Kusturitsa Avropanın nüfuzlu kino festivallarının mükafatçısıdır, o cümlədən iki dəfə Kann Festivalının “Qızıl palma budağı” ödülünü qazanıb.

# 1068 dəfə oxunub

Müəllifin son yazıları

# # #