Ölmək çətindir aprelin ortasında ŞEİRLƏR

Ölmək çətindir aprelin ortasında <span style="color:red;">ŞEİRLƏR
23 sentyabr 2014
# 11:38

Kulis.Az gənc şairə Səkinə Qəribin yeni şeirlərini təqdim edir

***

tez qayıt, baxdığın filmlərdən,

oxuduğun kitablardan,

sevdiyin qadınlardan bir tel gətir...

qar yağsa, qardan bir ovuc götür,

bəlkə ikimizin baxdığı buluddan

düşdü bir qar dənəsi...

***

qarşılaşmırıq heç bu balaca şəhərdə,

əllərim də bapbalaca olub sən gedəli...

səni qucaqlamaq

dünyanı qucaqlamaq qədər imkansız...

***

ad günün, mən doğulan gün idi...

indi ölüm günümdür mənim,

ölmək çətindir aprelin ortasında,

yazın ayaq səsləri gələrkən...

***

ayrılıq, ayrılıq, yaman ayrılıq...

ayrılığı ölümə tay tutan şairlər,

qınayıram sizi...

ayrılığı tay tutaydız bir qədəh zəhərə,

ovuclarda daim sıxılan şüşə qırığı desəydiz...

bilmirəm mən gedim hara gecələr...

gecələr soyuq olur isti otaq

biri üçün çox darıxırsansa hələ

vurur qəlbimizə yara gecələr...

# 1404 dəfə oxunub

Müəllifin son yazıları

# # #