Sumqayıt Dövlət Dram Teatrının yaradıcı heyəti 24-27 aprel tarixlərində IV Türk Dünyası Teatr Festivalında iştirak etmək üçün Türkiyənin Mersin şəhərində qastrol şəhərində olub.
Qastrol zamanı teatrın direktoru İslam Həsənovun səhhətində ciddi problemlər yaranıb və o, Mersin şəhərində xəstəxanaya yerləşdirilib. Teatr rəhbərində yüksək qan təzyiqi müşahidə olunub.
Sumqayıt Dövlət Dram Teatrının mətbuat xidmətindən xeberle.com-a verilən məlumata görə, İ.Həsənovun vəziyyətinin hazırda normaldır. "İslam Həsənov hazırda xəstəxanadadır və təzyiqi normaldan iki dəfə artıq olsa da, vəziyyəti yaxşıdır. O, may ayının 2-də xəstəxanadan çıxarılacaq”.
Qeyd edək ki, İslam Həsənov şəkərli diabet və qan təzyiqindən əziyyət çəkir.