"Bircə gün də içməsin" 8 MART İSTƏYİ

"Bircə gün də içməsin"  8 MART İSTƏYİ
7 mart 2016
# 12:52

Nizami Hüseynov

Ərim səkkiz yazmasın

Bircə evə gələndə.

Eləcə evə gəlsin,

Almasın nə gül, nə ətir, nə paltar.

Heç nə də istəmirəm.

Səkkizcə dəfə mənə

“Səni sevirəm” desin.

Deməsin, utanırsa,

Sadəcə hiss etdirsin.

14 il qabaq kimi

Hər əlimi tutanda

O sevgini hiss edim,

Bircə an unudanda

Mən ona sifət edim.

Bu gün ad günündəyəm,

dünən toydan çıxmışam,

İndi bir az hirsliyəm,

Qripliyəm, kefliyəm,

Nəbilim, qanım qara,

Bəhanələr etməsin,

Bircə gün də içməsin.

Gəlsin otursun burda,

nə bahalı, nə bahasız,

Hədiyyə istəmirəm,

Artist-artist “kitab al” da demirəm.

Nə edirəm kitabı?

300-500 kitab var onun kitab rəfində.

300-500 nəfəslik dodağımda hiss edim

Onun dodaqlarını,

Mənimlə robot kimi,

Bir fahişə kimi deyil,

Sevgilitək sevişsin.

Film izləməyək romantik, gözü yaşlı,

Şam düzülmüş süfrədə heç yemək də yeməyək.

İkicə dönər alsın,

Mayonezi bol olsun.

Divanda, ya da elə yerdə oturub yeyək.

Görməyim gözlərimlə mən onun ilgisini,

Bircə ürəyim duysun, onun az sevgisini...

# 972 dəfə oxunub

Müəllifin son yazıları

# # #