“Solaxay” təqdim olundu-FOTOLENT

“Solaxay” təqdim olundu-FOTOLENT
3 may 2014
# 23:33

Mayın 3-də Kitabevim.Az kitab marketində yazıçı Həmid Herisçinin “Solaxay” romanının təqdimatı keçirilib. Kulis.Azın məlumatına görə təqdimat mərasimində yazıçının dostları, qələm adamları, oxucular iştirak ediblər.

Mərasimi giriş sözü ilə yazıçının həyat yoldaşı, jurnalist İlhamiyyə Rzayeva açıb. Daha sonra Həmid Herisçiyə söz verilib. Yazıçı romanı sol əllə yazmaq ideyasından danışıb. O, bildirib ki, sol əl daha həssas, duyğuludur: “Sol əllə yazanda insanın bütün vücudu ekstaz vəziyyətə gəlir. Dünyanın ən böyük işləri sol əllə görülür, Obama solaxaydır. Putin sol əllə yazır. İran prezidenti solaxaydır.”

Həmid Herisçi çıxışından sonra oxucuların suallarına cavab verib. Tədbirin sonunda yazıçı kitablarını imzalayıb.

# 2770 dəfə oxunub

Müəllifin son yazıları

# # #