Əsəd Cahangir bu dəfə “Ədəbiyyat qəzeti”nə qəzəl yazdı

Əsəd Cahangir bu dəfə “Ədəbiyyat qəzeti”nə qəzəl yazdı
30 may 2014
# 09:38

Tənqidçi Əsəd Cahangir “Ulduz” jurnalına yazdığı qəzəldən sonra bu dəfə də “Ədəbiyyat qəzeti” ilə bağlı qəzəl yazıb. Kulis.Az şeiri təqdim edir.


Əziz Elçin, Yaradan kəndi sənə yar olsun,
İstəyənlər sevinib, istəməyən xar olsun.

Ulduz oldun yetər, ey şəmsi-nəsr, çevrəndə
Qoy cəmi kövkəbü səyyarəni pərgar olsun.

İlqar onsuz da star, el bilir, aləm də bilir,
Nolacaq, qoy Qulu Ağsəs də meqastar olsun.

Əhsənül-əhsən Anar, verdi belə mutlu qərar,
Həm verən hökmü, həm icra eləyən var olsun.

Fəsli-yazdı, ədəbiyyatda gül açsa, yox əcəb,
Olmasın şaxta, ayaz, səhni-çəmənzar olsun.

Çatıb ulduzlara hər nömrəsi bir ün salsın,
“Ədəbiyyat” da qələm əhlinə meyar olsun.

Ədəbiyyat yükünü çəkmək özü bir qəmdi,
Fəridü Adilü Sərvaz sənə qəmxar olsun.

Fəth elə hər sözün ilə yenə dünyaları sən,
Ey Cahangir, bu sözün aləmə qoy car olsun.

# 2079 dəfə oxunub

Müəllifin son yazıları

# # #