Peyman Oqayatzadə: “Göylər gözündən düşmüşdü”-Ən qısa hekayə

Peyman Oqayatzadə: “Göylər gözündən düşmüşdü”-Ən qısa hekayə
20 dekabr 2013
# 18:00

Kulis.az Peyman Oqayatzadənin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Göylər gözündən düşmüşdü” (158 işarə) hekayəsini təqdim edir.

İslanmış gözlərini yerə zilləmişdi. Son dəfə acizanə baxışlarındakı ən son ümidi məhv etdiyindən göylər gözündən düşmüşdü. Əlləri ilə yeni qazılmış məzarın torpağını toza çevirirdi.

# 3712 dəfə oxunub

Müəllifin son yazıları

# # #