Orxan Nadirov: “47-ci saniyənin hökmü”-Ən qısa hekayə

Orxan Nadirov: “47-ci saniyənin hökmü”-Ən qısa hekayə
17 dekabr 2013
# 23:00

Kulis.Az Orxan Nadirov “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “47-ci saniyənin hökmü” (494 işarə) hekayəsini təqdim edir.

14:26- “A” benzin doldurmaq üçün 4 maşını gözləməli oldu.

12:34- “N” anasının süzdüyü çayı içmədən tələsik evdən çıxdı.

14:43- Tıxac idi.

13:42- 4-cü görüş.

15:02- Maşın siqnalları.

14:17- Nahar etmək üçün əyləşdilər.

15:08- Məcburi yolunu dəyişdi.

15:22- Şirin ayrılıq...

15:27- Tələsirdi.

15:29- Romantik xəyalların təsirindən uçan insan.

15:33:19- İşıqfor (20 saniyə)

15:33:45- Yolu keçmək istəyi...

15:33:46- Maşını ötmək istəyi...

15:33:47- Bərələn gözlər...

15:33:47- Gecikmiş əyləc!

15:33:48- ...

Yaz, yeni mahnı, içilməyən çay, yenilənməyən Facebook səhifəsi...

# 2027 dəfə oxunub

Müəllifin son yazıları

# # #