DİN: Fikrət Qocanın oğlu öldürülüb - FOTOLAR

DİN: Fikrət Qocanın oğlu öldürülüb - <span style="color:red;">FOTOLAR
14 mart 2017
# 12:28

Xalq şairi Fikrət Qocanın oğlu 54 yaşlı Yalçın Qocayevin qətli ilə bağlı bəzi məqamlar üzə çıxıb. Lent.az-ın əməkdaşı hadisənin baş verdiyi ofisdə olub və dəhşətli cinayətin bəzi təfərrüatlarını öyrənib.

Məlum olub ki, Y.Qocayev martın 11-nə keçən gecə dostları ilə Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu ərazisindəki şöbəsinin inzibati binasında yeyib-içib. Gecə saat 02 radələrində onlar arasında dava düşüb. Bu zaman Sabirabad sakini olan Elnur Nəhmədov Yalçın Qocayevi döyüb, Sumqayıt sakini Ruslan Məmmədov isə onun başına butulka ilə zərbə endirib. Zərbənin təsirindən güclü qanaxma başlayıb. Onlar qanxmanın qarşısını almağa çalışıblar, lakin artıq gec olub.

İlkin məlumatda da həmin şəxslər Yalçın Qocayevin yıxılaraq xəsarət aldığını deyiblər. Lakin sonrakı araşdırmalar nəticəsində şairin oğlunun qəsdən öldürüldüyü məlum olub.

Qonşuluqda yaşayan şəxslər bildiriblər ki, həmin ofisdə tez-tez içki məclisləri təşkil edilirmiş. Ofisdəki çoxsaylı araq butulkaları, kartlar və digər əşyalar da həmin məkanda məclislərin təşkil edildiyini göstərir. Hadisə vaxtı masanın üstündəki araq şüşəsi və digər qidalar, həmçinin qanlı dəsmal hələ də yerində idi.

Bildirilir ki, Y.Qocayevin evi həmin ofisə yaxınlıqda yerləşir və tez-tez bura gəlib-gedir, gecələr kart oynayırlarmış. Onun qeyri-sağlam həyat tərzi keçirən bəzi insanlarla münasibətinin olması atası, xalq şairi Fikrət Qoca ilə münasibətlərinin korlanmasına da səbəb olub.

Yalçın Qocayevin oğlu Lent.az-ın əməkdaşı ilə söhbətində atasının öldürülməsinə inanmadığını, hər şeyin istintaq nəticəsində məlum olacağını deyib: “Fikrət Qoca necə deyirsə, elədir. Hər şey məhkəmədə üzə çıxacaq”.

***

“Yalçının döyülərək öldürülməsi xəbərini sizdən eşidirəm. Xəbərim yox idi. Bilirdim ki, yıxılıb, xəsarət alıb, dünyasını dəyişib".

Bunu APA-ya açıqlamasında xalq şairi Fikrət Qoca deyib.

Onun sözlərinə görə, Yalçın Qocanın düşməni olmayıb: "Polis məsələnin təfərrüatını açar, mən də bilərəm ki, hadisə necə olub. Mənim düşmənim yoxdur. Yalçının da düşməni olmayıb. Başını aşağı salıb işləyən, yazısını yazan adam idi. Polis də bu günlər ərzində mənə heç nə deməyib. Heç şübhələnmirdim də bu kriminal hadisə ola bilər, onu öldürə bilərlər".

***

Bakıda meyiti tapılan şəxsin 3 nəfər tərəfindən döyülərək öldürüldüyü məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları - Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Görülmüş tədbirlərlə hər üç şəxs tutulub.

Qeyd edək ki, APA bir neçə gün əvvəl 1963-cü il təvəllüdlü Yalçın Fikrət oğlu Qocayevin üzərində xəsarətləri olan meyitinin aşkar edilməsi barədə məlumat yayıb. O, xalq şairi Fikrət Qocanın oğludur.

# 1217 dəfə oxunub

Müəllifin son yazıları

# # #