Puqaçovanın hansı halda Rusiyaya qayıdacağı məlum oldu

Puqaçovanın hansı halda Rusiyaya qayıdacağı məlum oldu
2 iyun 2023
# 16:40

"Alla Puqaçova Rusiyaya qayıtmaqdan qorxmur, ifaçı istənilən vaxt qayıda bilər".

Kulis.az xəbər verir ki, bu barədə "mk.ru"ya Primadonnanın yaxınları bildirib.

“Alla yeri gələndə mütləq gələcək: onun nə qorxusu, nə də kompleksi var".

Onların sözlərinə görə, Puqaçova həyat yoldaşı Maksim Qalkinin məhkəmənin qərarı ilə xarici agent statusundan azad ediləcəyinə də ümid edir.

Qeyd edək ki, Qalkin 2022-ci ilin sentyabrında xarici agentlər siyahısına daxil edilib. Rusiya Ukraynaya hücuma başlayandan sonra isə Maksim Qalkin ölkəni tərk edib. Bundan əvvəl məhkəmə şoumen Maksim Qalkinin xarici agent statusunun götürülməsini tələb edən iddiasını da rədd edib.

# 1050 dəfə oxunub

Müəllifin son yazıları

# # #