Məhsəti Gəncəvinin həyatından tamaşa: “Xərabət gözəli”

Məhsəti Gəncəvinin həyatından tamaşa: “Xərabət gözəli”
15 mart 2019
# 17:58

Gəncə Dövlət Dram Teatrında şairə Məhsəti Gəncəvinin həyatından bəhs edən "Xərabət gözəli" adlı tamaşanın premyerası olub.

Tetrdan ONA-ya verilən məlkumata görə, tamaşa AYB Gəncə Bölməsinin sədri Xəzangül Hüseynovanın əsəri əsasında səhnələşdirilib.

Teatrın direktoru Əli Qasımov bildirib ki, tamaşanın rejissoru Elşad Əhmədov, rəssamı Vahab Cəfərov, xoreoqrafı Sənan Cavadovdur.

Rolları xalq artisti Məmmədəli Balayev, Günay Cabbarova, Ruslan Hüseynov, Mətləb Təhmazi, Rəşad Hüseynov, Emil Salmanov, Könül Kazımova, Sevinc Hüseynova, Samir Abbasov, Elmir Məmmədov, Seymur Məmmədov və digərləri ifa edirlər.

# 1686 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #