Kitab oxumağa maraq yaradan 10 ÜSUL

Kitab oxumağa maraq yaradan <span style="color:red;">10 ÜSUL
7 fevral 2017
# 15:45

Kulis.az mütaliəyə maraq yaradan 10 üsulu təqdim edir.

1. Zövqünə çox inandığınız dostunuzla məsləhət.

O, sizi elə motivasiya edər ki, bir gecəyə üç yüz səhifə oxuyarsınız. Əsərin məzmununu deyər, dünya ədəbiyyatındakı yerindən, dəyərindən danışar, sizdə heç vaxt ağlınıza gəlməyən həvəs yarada bilər.

2. Yüksək dəyər verdiyiniz böyük yazıçıların oxu menyusu.

Yayğın üsullardandır. Oxuyacağın kitabda vaxt itirməyəcəyinizin ən etibarlı qarantıdır.

3. Çətin əsərlərə girişmək.

Image result for "Kayıp zamanın izinde"

Qarşınıza məqsəd qoyursunuz ki, lap Marsel Prustun “İtmiş zamanın axtarışında” romanını oxuyacam və bunun üçün əzm göstərirsiniz.

4. Dostlarla rəqabət və bəhs.

Söz verirsiniz, kim daha çox və daha səmərəli oxuyacaq. Oxuduğunuz eyni əsərlərlə bağlı fikir mübadiləsindən elə zövq alacaqsınız ki, bu zövqü başqa heç nədən ala bilməzsiniz.

5. Filminə baxdığınız kitabı oxumaq

Image result for "Lolita" film

Eyni hadisələrin bir də kitab variantını gözdən keçirmək... Maraqlı əyləncədir... Və əmin olun, kitab sizi daha çox təsirləndirəcək. Dünyada estetik baxımdan kitabından yüksək olan nadir filmlər var.

6. Düşdüyünüz vəziyyətə uyğun mövzu seçmək.

Analoji halda başqa insanlar nə edərdi? Məsələn, Folknerin qəhrəmanları... Sizə maraqlı gəlmir?

7. Dövrləri xarakterizə edərək oxumaq.

Misal üçün, Mixail Bulqakovun “Master və Marqarita”sının Stalin despotizminin ən ağır illərində yazıldığını nəzərə alaraq oxumaq. Yaxud, Selincerin səngərdə yazdıqlarını...

8. Yazıçıların həyatını öyrənərək oxumaq...

Ah, “Çevenqur” kimi dahiyənə əsərin müəllifi dalandar işləyib, küçədə buz qıraraq çörəkpulu qazanıb. Yaxud, “Aclıq” romanının dahi müəllifi həm də Hitler üçün nekroloq yazıb.

9. Müqayisəli oxumaq.

Bu mövzuda, yaxud bu quruluşda başqa bir əsər də oxumusunuz. Görəsən bu müəllif necə işləyib, orijinal nələrsə yaradıbmı? Bəlkə plagiatdır? Bəlkə müəllif siz oxuyan əsərdən xəbərsiz olub? Kitabda siz oxuyana bir göndərmə, bir işarə görsəniz necə? Açdığınız şifrələr sizə rahatlıq və özünəinam hissi bəxş edəcəkdir.

10. Yüksək mükafata layiq görülənləri oxumaq.

Görəsən, nə yazıb ki, ona Nobel veriblər, “Buker” veriblər və s. Bəlkə, haqsıdırlar. Bəlkə, siz tanıdığınız daha güclü namizədlər var. Fikriniz etməkdən çəkinməyin. Ən böyük həqiqət için həqiqətidir.

# 1380 dəfə oxunub

Müəllifin son yazıları

# # #