Əfsanəvi aktrisa Odri Hepbernin həyatından bəhs edən film çəkiləcək.
Kulis.az xəbər verir ki, Odri Hepbernin həyatından bəhs edən filmdə Odrini aktrisa Runi Mara canlandıracaq. Onun bu rolu ifa etməsinə mərhum aktrisanın oğlu Şon Hepber də öz razılığını verib.
Filmin rejissoru Luka Quadaqnino, ssenaristi Maykl Mitnik, prodüseri isə Runi özü olacaq.
- Silahların bətnindən abort ediləcək bütün güllələr – YENİ İMZA
- Bütün yazdıqları zarafat olan yazıçı – Dalğa Xatınoğludan esse
- Qadının kişiyə sarılmamış qolları – Yeni Şeirlər
Qeyd edək ki, "Roma tətilləri" filmi ilə məşhurlaşan Odri 63 yaşında xərçəng xəstəliyindən vəfat edib. O, "Emmi", "Oskar", "Toni" və "Qremmi" mükafatlarını alaraq "EGOT" statusu qazanan ilk aktrisa olub.