Lola Hüseynova: “Oğluma üzrxahlıq” -Ən qısa hekayə

Lola Hüseynova: “Oğluma üzrxahlıq” -Ən qısa hekayə
23 dekabr 2013
# 17:00

Kulis.Az Lola Hüseynovanın “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Oğluma üzrxahlıq” (372 işarə) hekayəsini təqdim edir.

Bu evdən də çıxacağıq. İlahi, biz evlilik həyatımızı neçə evə sığışdırdıq? Neçə evcik oynadıq? Heç biri bizim deyildi. Bəlkə ona görə heç xoşbəxt olmadıq. Artıq 4-cü evin divarlarında xatirələrimizi qoyub gedirik. Görəsən hələ bu divarlar neçə sənin kimi körpənin ilk addımlarına şahid olacaq, ilk söz deməsinə qəhqəh çəkəcək, ağlamasına üzüləcək?

- Oğlum, bağışla sənin olmayanla rahat hərəkət etmək ədəbsizliyini biz sənə öyrətdik…

# 2657 dəfə oxunub

Müəllifin son yazıları

# # #