Alik Akifoğlu: “Avropa qapıları” - Ən qısa hekayə

Alik Akifoğlu: “Avropa qapıları” - Ən qısa hekayə
21 dekabr 2013
# 15:00

Kulis.az Alik Akifoğlunun “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Avropa qapıları” (380 işarə) hekayəsini təqdim edir.

Oturmuşdu Hacı Molla əmi kiçik, isti daxmasında – oturduğu yerdə. Bezmişdi qoca, deyingən arvadının “bizə şəhərdən ev al” cümləsindən. Getdi bir gün şəhərə. Dayandı yenicə tikilən göydələnin yanında. Çıxdı binanın ən uca mərtəbəsinə. Birdən ağlına gəldi ki, şəhər burdan daha aydın görünər. Çıxartdı başını pəncərədən. Bu an külək papağını apardı. Dalınca diqqətlə baxanda gördü ki, papağı “Avropa qapıları” yazılmış bir maşının üstünə düşüb.

# 1700 dəfə oxunub

Müəllifin son yazıları

# # #