Əsir düşmüş Türkiyə prezidenti - Maraqlı Fakt

Əsir düşmüş Türkiyə prezidenti - <span style="color:red;">Maraqlı Fakt
23 may 2018
# 11:03

Cövdət Sunay Türkiyə Cümhuriyyətinin beşinci prezidentidir.

10 fevral 1899-cu ildə Trabzonun Çaykara bölgəsində doğulub.

Təhsilini Ərzrum, Kərkük, Ədirnə hərbi liseyində almışdır.

Birinci dünya müharibəsində Fələstin cəbhəsində əsgəri xidmətdə olur. 1918-ci ildə ingilislərə əsir düşdü. Bir illik əsarətdən qurtulan kmi vətənə qayıdıb Qurtuluş hərəkatına qoşulur. Qəhrəman maraş və Qaziantepdə fransızlara qarşı vuruşur.

1930-cu ildə Hərbi akademiyanı bitirib Türkiyə ordusunda müxtəlif vəzifələrdə çalışır. 1949-cu ildə general rütbəsinə yüksəlir.

1958-ci ildə Ordu genralına qədər yüksələn 1966-cı ilədək müxtəlif yüksək vəzifələrdə çalışır, 1966-cı ildə isə Türkiyə Böyük Millət Məclisi tərəfindən Türkiyənin 5-ci prezidenti seçilir.

1969-ci ildə Cevdet Sunay Bakıya səfər edir.

1966 -1973-cü illər arasında bu vəzifədə çalışır. Vəzifədə olduğu dönəmlərdə ölkədə bir çox hadisələr baş verir. Bəzi universitetlər çaxnaşma üzündən bağlanır, İlk boğaz körpüsü tikilir, İstanbul və ankarada rəsmi qurum binaları bombalanır, 12 mart çevrilişi baş verir.

Mayın 22-də istanbulda beyninə qan sızmasından vəfat edir.

# 1217 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #